Oğurluqda şübhəli bilinən dəstə zərərsizləşdirilib - VİDEO

Oğurluqda şübhəli bilinən dəstə zərərsizləşdirilib - VİDEO Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər
Hadisə
26 Noyabr , 2019 10:30
Oğurluqda şübhəli bilinən dəstə zərərsizləşdirilib - VİDEO

Göyçay rayonunda oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə "Report"un DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilib ki, MMC-lərdən birinin direktoru Göyçay Rayon Polis Şöbəsinə müraciət edərək 650 metr uzunluğu olan alüminium naqilin naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat verib: "Daxil olmuş müraciətlə əlaqədar Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxslərin Kürdəmir rayon sakinləri Asif Abdullayev,Yaşar Atayev və Asif Abdurahmanov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər".

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi