​Oğurluq edən bir neçə şəxs tutulub

​Oğurluq edən bir neçə şəxs tutulub İmişlidə oğurluq edən şəxs saxlanılıb
Hadisə
20 Fevral , 2016 13:51
​Oğurluq edən bir neçə şəxs tutulub

Bakı. 20 fevral. REPORT.AZ/ İmişlidə oğurluq edən şəxs saxlanılıb. "Report"un məlumatına görə, İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Cabir Qurbanova məxsus mağazadan 145 manat, tütün məmulatı və ərzaq məhsulları oğurlayan şəhər sakini Amil Nuriyev tutulub.

Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 18-də rayonun Eyvazlı kəndində Ağdam rayon mexaniki suvarma idarəsinə məxsus subartizan quyusundan 49 metr elektrik kabeli oğurlayan rayon sakini Amil İsmayılov tutulub.

Bakının Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölbəsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əyyub Abbasova məxsus mağazadan 376 manat oğurlayan Bakı şəhər sakinləri Vüsal Səmədov və Murad Mirzəyev saxlanılıb. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların daha 2 mağazadan oğurluq etmələri də müəyyən edilib.

Paytaxtın Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 19-na keçən gecə Bakı şəhər sakini Yavər Cəfərova məxsus “KamAZ” markalı avtomobildən akkumulyator oğurlayan paytaxt sakini Vüsal Zeynalzadə tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun fevral ayının 16-dan 19-dək olan müddətdə daha 3 nəfərə məxsus avtomobillərdən akkumulyator oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi