Oğlu tərəfindən döyülən Gədəbəy sakini xəstəxanada ölüb - YENİLƏNİB

Oğlu tərəfindən döyülən Gədəbəy sakini xəstəxanada ölüb - YENİLƏNİB Gədəbəy. 7 avqust. REPORT.AZ/ Gədəbəy rayonunda oğlu tərəfindən döyülən kişi xəstəxanada ölüb.
Hadisə
7 Avqust , 2018 09:21
Oğlu tərəfindən döyülən Gədəbəy sakini xəstəxanada ölüb - YENİLƏNİB

Gədəbəy. 7 avqust. REPORT.AZ/ Gədəbəy rayonunda oğlu tərəfindən döyülən kişi xəstəxanada ölüb.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, bir müddət əvvəl rayonun Toplar kənd sakini, 1944-cü il təvəllüdlü Aydın Şıx oğlu Məmmədhəsənov sərxoş vəziyyətdə olan oğlu tərəfindən döyülərək ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlarla baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Məmmədhəsənovun ölümündə şübhəli bilinən oğlu Yaşar Məmmədhəsənov saxlanılılb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


***13:44Gədəbəy. 6 avqust. REPORT.AZ/ Gədəbəy rayonunda 74 yaşlı kişi oğlu tərəfindən ölümcül döyülüb.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Toplar kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1944-cü il təvəllüdlü Aydın Şıx oğlu Məmmədhəsənov oğlu tərəfindən döyülüb. 74 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya çatdırlıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi