Odlar Yurdu Universitetinin prorektoru: "Əgər pulum qaytarılsa, şikayətçi olmayacam" - YENİLƏNİB

Odlar Yurdu Universitetinin prorektoru: "Əgər pulum qaytarılsa, şikayətçi olmayacam" - YENİLƏNİB Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin edilib
Hadisə
13 Dekabr , 2016 15:38
Odlar Yurdu Universitetinin prorektoru: Əgər pulum qaytarılsa, şikayətçi olmayacam - YENİLƏNİB

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyev ifadə verib.

M.Vəliyev dəyən ziyanın qaytarılmasını tələb edib: "Əgər mənim pulum qaytarılsa, şikayətçi olmayacam. Mən özüm də universitetdə hərdən otağımı səhv salıram. Amma bu otağın yerini bilən olub. Hər şeyi də ifadəmdə qeyd etmişəm".

Daha sonra şahid qismində Odlar Yurdu Universitetində kadrlar şöbəsinin müdri Rafiq Qasımov dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyib. Şahid təqsirləndirilən şəxslərdən yalnız Vüqar Vəliyevi tanıdığını söyləyib: "O, bizdə işləyirdi. Seyfdən 219 min 900 dollar və 94 min manat pul aparılıb. Hadisədən sonra polisə xəbər verildi. Münir müəllimin otağından seyfin oğurlanması, oranı yaxşı tanıyan adamın işidir. Çünkü universitetdə 200-dən çox otaq var. Onun iş otağının qapısında heç Münir Vəliyevin adı da yazılmayıb. Mühasibatlıqda, kassada da pul olub, lakin oradan aparılmayıb".

R.Qasımov bildirib ki, zərərçəkmiş M.Vəliyev təqsirləndirilən V.Vəliyevə ev və təhsil almasında köməklik edib.

Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin edilib.

*** 15:11

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyev ifadə verib.

O, 219 min 900 dollar məbləğində pulun seyfdə olmasından təqsirləndirilən Vüqar Vəliyevin xəbərdar olduğunu deyib: "Seyfdə həmin dollarlardan başqa manatla da pulum olub. Buna şahidim də var".

Təqsirləndirilən Sübhan Ələkbərov seyfi səhv saldıqlarını bildirib: "Həmin seyf olduğunu bilmədik. Ona görə səhv saldıq. Universitetdə seyfdə pulun olmasını Vüqar dedi. Mən də oğurluğa görə tövbəli idim".

V.Vəliyev isə onun dediklərini təkzib edib.

Hazırda proses davam etdirilir.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Nərimanov rayon ərazisində Odlar Yurdu Universitetindən oğurluq ediblər. Həmin şəxslər ümumilikdə 429 min 172 manat dəyərində əmlak ələ keçirməkdə təqsirləndiriliblər. Onlar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi