Odlar Yurdu Universitetinin keçmiş müəlliminə şərti cəza verilib

Odlar Yurdu Universitetinin keçmiş müəlliminə şərti cəza verilib Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub
Hadisə
26 Sentyabr , 2017 12:01
Odlar Yurdu Universitetinin keçmiş müəlliminə şərti cəza verilib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Nəcəfov və Hüseynağa Əsədovun məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə  C.Nəcəfov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan H.Əsədovun barəsində isə şərti cəza verilib.

Qeyd edək ki, C.Nəcəfov və H.Əsədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Onlardan C.Nəcəfov barəsində həbs qətimkan tədbiri seçilsə də, H.Əsədov zamindədir.

Xatırladaq ki, H.Əsədov Odlar Yurdu Universitetində dərs deyib. Hazırda təqaüddədir. Onların universitetə tələbə düzəltmək adı ilə dələduzluq etdikləri bildirilib.

Son xəbərlər

Orphus sistemi