​Odessada azərbaycanlılarla ukraynalılar arasında kütləvi dava baş verib

​Odessada azərbaycanlılarla ukraynalılar arasında kütləvi dava baş verib Hüquq-mühafizə orqanları əməkdaşları davanın qarşısını ala biliblər
Hadisə
3 Fevral , 2015 05:49
​Odessada azərbaycanlılarla ukraynalılar arasında kütləvi dava baş verib

Bakı. 3 fevral. REPORT.AZ/ Odessa şəhərində "Avromaydan" fəalları ilə Azərbaycan diasporu nümayəndələrinin görüşü kütləvi dava ilə nəticələnib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, münaqişə Malovski küçəsində qeydə alınıb.

Hadisə yerinə milis əməkdaşları cəlb olunub. Aralarında xüsusi batalyon döyüşçülərinin də olduğu hüquq-mühafizə orqanları əməkdaşları davanın qarşısını ala biliblər.

Münaqişə tərəflərinin hansı səbəbdən dava etdiyi məlum deyil.

Hadisə nəticəsində "Avromaydan" lideri Yevgeni Rezvuşkinin maşını zərər çəkib. Liderin sözlərinə görə, o azərbaycanlılarla "münaqişəli məsələləri dinc yolla müzakirə etmək üçün" görüşüb. Lakin guya qarşı tərəf ona hücum edib.

Məlumata görə, insident mühafizə firmalarından biri və bələdiyyənin ticarət üzrə idarəsi ilə münaqişədə olan sahibkara hücumla əlaqəlidir.

Son xəbərlər

Orphus sistemi