Yuxarı
    Bağlamaq

    Od çərşənbəsində tonqaldan tullanan iki uşaq yanıq xəsarətləri alıb

    Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

    Bakı. 7 mart. REPORT.AZ/ Ötən gün axşam Bakının Nəsimi və Yasamal rayonlarında Od çərşənbəsi münasibəti ilə keçirilən mərasim xəsarətlə nəticələnib.

    “Report” xəbər verir ki, 2008-ci il təvəllüdlü İsrafilov Səid Elxan oğlu və 2004-cü il təvəllüdlü Cəlilov Məhəmmədəli Cahangir oğlu çərşənbə günü münasibəti ilə qalanan tonqalın üzərindən tullanan zaman yanıq xəsarətləri alıblar.

    Hadisələr müvafiq olaraq Alı Mustafayev və İsmayıl Qutqaşınlı küçələrində qeydə alınıb.

    Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi