Od çərşənbəsində ocaq qalayan məktəblinin üzü yanıb - FOTO
Hadisə
- 07 mart, 2018
- 12:39
Abşeron. 7 mart. REPORT.AZ/ Abşeron rayonunda 9-cu sinif şagirdi ehtiyatsızlıqdan özünü yandırıb.
"Report"un Abşeron-Sumqayıt bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ceyranbatan qəsəbəsində baş verib.
Belə ki, həmin qəsəbənin sakini, Laçın rayonundan olan məcburi köçkün, 2002-ci il təvəllüdlü Fərhad Qaçay oğlu Məhərrəmov martın 6-da Od çərşənbəsi münasibəti ilə tonqal qalayarkən benzindən istifadə edib. Ehtiyatsızlıqdan alov onun üzünü yandırıb. Ağır yanıq xəsarətləri alan məktəbli dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan "Report"a bildirilib ki, F.Məhərrəmov 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri alıb. Vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
23:55
Hindistan sahillərində yük gəmisi batıb; onlarla insan itkin düşüb
Digər ölkələr23:31
Goranboyda yol qəzasında ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Hadisə23:21
Dəməşqdə avtobus partladılıb, güc strukturunun bir neçə əməkdaşı yaralanıb
Digər ölkələr23:00
Aİ ölkələri artan mənfəət fonunda neft şirkətlərinə vergi tətbiqini təklif edirlər
Digər ölkələr22:39
Premyer Liqa: "Zirə" evdə "İmişli"ni məğlub edib
Futbol22:32
Rza Arif: ABŞ-nin iqtisadi təzyiqi İran xalqının iradəsini dəyişdirə bilməz
Region22:22
"Axios": Şənbə gecəsi Hörmüz boğazından 16 milyon barel neft daşınıb
Digər ölkələr22:04
Ukraynada zavodda yanğın olub, ölənlər var
Digər ölkələr21:55