Od çərşənbəsində iki yeniyetmə yanıq xəsarətləri aldı

Od çərşənbəsində iki yeniyetmə yanıq xəsarətləri aldı Gəncə şəhərində bir nəfər tonqal qalayarkən, daha bir nəfər isə tonqalın üzərindən atlamaq istəyən zaman ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
Hadisə
4 Mart , 2020 01:52
Od çərşənbəsində iki yeniyetmə yanıq xəsarətləri aldı

Gəncə şəhərində bir nəfər tonqal qalayarkən, daha bir nəfər isə tonqalın üzərindən atlamaq istəyən zaman ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hər iki fakt şəhərin müxtəlif yerlərində qeydə alınıb.

Öncə çərşənbə axşamı yandırılan tonqalın üzərindən tullanmaq istəyən 15 yaşlı Rəşad Abbasov ehtiyatsızlıqdan tonqala yıxılıb. O, yanıq xəsarətləri alıb.

Digər şəxs, 14 yaşlı Əli Mehdiyev isə tonqal qalayan zamanı ehtiyatsızlıqdan əl və üz nahiyəsindən yanıq xəsarətləri alıb.

Hər iki yeniyetmə xəstəxanaya yerləşdirilib və onların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi