OBA marketdən yağ oğurlayan şəxsə hökm oxunub

OBA marketdən yağ oğurlayan şəxsə hökm oxunub Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda və adam bıçaqlamaqda təqsirləndirilən Emin Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
28 İyun , 2018 15:18
OBA marketdən yağ oğurlayan şəxsə hökm oxunub
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda və adam bıçaqlamaqda təqsirləndirilən Emin Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Sadıqov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, E.Sadıqov Cinayət Məcəlləsinin 181.2.5-ci (soyğunçuluq niyyəti ilə özgə əmlakını ələ keçirmə, silah və ya silah qismində əşya istifadə edilməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Amma məhkəmə onun əməlini Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq; özgə əmlakını talama) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrinə tövsif edib. Bununla da E.Sadıqovun cəzası yüngülləşib.

Xatırladaq ki, hadisə ötən il Sabunçu qəsəbəsində baş verib. E.Sadıqov qəsəbədə yerləşən OBA marketə girərək 10 ədəd 250 qramlıq kərə yağı götürüb. Ümimi dəyəri 40 manat olan yağları mağazadan gizli çıxarmaq istəyən E.Sadıqovu orada mühafizəçi işləyən Xaliq Əkbərov görüb.

Yaranmış mübahisə zamanı Emin Sadıqov X.Əkbərova bir bıçaq zərbəsi vuraraq qaçıb.

Son xəbərlər

Orphus sistemi