“Nurgün Group”a karantin rejiminin pozulmasına görə protokol yazıldı

“Nurgün Group”a karantin rejiminin pozulmasına görə protokol yazıldı  “Nurgün Group” barədə inzibati protokol tərtib edilib
Hadisə
13 İyul , 2020 15:06
“Nurgün Group”a karantin rejiminin pozulmasına görə protokol yazıldı

“Nurgün Group” barədə inzibati protokol tərtib edilib.

“Report” xəbər verir ki, şirkətlər qrupu İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması)  maddəsi ilə tərtib edilən protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, bu inzibati xətaya görə, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, 1994-cü ildə təsis edilən “Nurgün” Şirkətlər Qrupu “Nissan“, “İnfiniti”,” Ford”  və “Reno” avtomobil brendlərinin  Azərbaycanda rəsmi distribütorudur. “Kontinental” və “Ailə” supermarketlər şəbəkələrinin də daxil olduğu şirkətlər qrupunun ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı, inşaat, yükdaşıma və s. sahələrdə fəaliyyəti var. 
 

Son xəbərlər

Orphus sistemi