Müğənni Vasif Məhərrəmlinin mülki iddiası təmin edilib

Müğənni Vasif Məhərrəmlinin mülki iddiası təmin edilib Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işində zərərçəkmiş qismində tanınan müğənni Vasif Məhərrəmlinin mülki iddiası təmin edilib.
Hadisə
6 May , 2022 17:22
Müğənni Vasif Məhərrəmlinin mülki iddiası təmin edilib

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işində zərərçəkmiş qismində tanınan müğənni Vasif Məhərrəmlinin mülki iddiası təmin edilib.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, M.Mahmudov zərərçəkmiş V.Məhərrəmliyə 1000 manat pul ödəsin.

Xatırladaq ki, M.Mahmudov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.

Son xəbərlər

Orphus sistemi