Novxanıda piyadanı avtomobillə vuran sürücü saxlanılıb

Novxanıda piyadanı avtomobillə vuran sürücü saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
158
10 May , 2021 14:24
Novxanıda piyadanı avtomobillə vuran sürücü saxlanılıb
0 : 00
0 : 00

Mayın 7-də saat 22 radələrində Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Səadət Xəlilova vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

"Report" xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Chevrolet” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini E.İsazadə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi