Novxanıda iki avtomobil toqquşdu, xəsarət alan var

Novxanıda iki avtomobil toqquşdu, xəsarət alan var Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
941
11 İyul , 2020 02:43
Novxanıda iki avtomobil toqquşdu, xəsarət alan var

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Rəhimov Allahverdi Rəhim oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və üz-çənə nahiyəsinin əzikləri diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Orphus sistemi