Yuxarı
    Bağlamaq

    Novxanıda azyaşlının əlində naməlum əşya partlayıb

    Onun əlinin iki barmağı amputasiya olunub

    Bakı. 21 sentyabr. REPORT.AZ/ Novxanıda naməlum əşyanın partlaması nəticəsində azyaşlı xəsarət alıb.

    “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Hadisə ötən gün Abşeron rayonunun Novxanı bağlar yaşayış sahəsində baş verib.

    Belə ki, adıçəkilən ərazidə yaşayan azyaşlı Zöhrab Qurbanovun məişət tullantıları sahəsindən tapdığı naməlum əşyanın partlaması nəticəsində əlinin iki barmağı amputasiya olunub.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi