Novxanıda avtomobilin vurduğu yeniyetmə xəsarət aldı

Novxanıda avtomobilin vurduğu yeniyetmə xəsarət aldı Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
18 May , 2020 22:51
Novxanıda avtomobilin vurduğu yeniyetmə xəsarət aldı

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb.

Belə ki, minik avtomobili 2007-ci il təvəllüdlü Fərzəliyev Elçin Rəfael oğlunu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi