Novxanıda avtomobilin vurduğu şəxs xəstəxanada ölüb

Novxanıda avtomobilin vurduğu şəxs xəstəxanada ölüb Abşeron rayonunda yol qəzası olub.
Hadisə
9 Aprel , 2021 12:12
Novxanıda avtomobilin vurduğu şəxs xəstəxanada ölüb
0 : 00
0 : 00

Abşeron rayonunda yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 8-də saat 11 radələrində rayonun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini S.Vəliyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Qobustan rayon sakini A.İsmayılovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi