Yuxarı

Novxanı çimərliyində qadının telefonu oğurlanıb

Oğurluqda şübhəli bilinən şəxs tutulub

Bakı. 4 avqust. REPORT.AZ/ Bakıdakı çimərliklərdən birində qadının telefonu oğurlanıb.

“Report” DİN-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunun Novxanı qəsəbəsində qeydə alınıb.

Buradakı dəniz çimərliyində Abşeron rayon sakini Günay Cəfərliyə məxsus mobil telefon oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Cəmaləddin Ağabəyov tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi