Novruz tonqallarında 7 uşaq xəsarət alıb, bir nəfərin isə hər iki üzü yanıb

Novruz tonqallarında 7 uşaq xəsarət alıb, bir nəfərin isə hər iki üzü yanıb Gənc oğlan bu gün evə buraxılıb
Hadisə
27 Mart , 2017 13:03
Novruz tonqallarında 7 uşaq xəsarət alıb, bir nəfərin isə hər iki üzü yanıb

Bakı. 27 mart. REPORT.AZ/ Novruz günlərində qalanan bayram tonqallarında 7 uşaq yüngül, 1 gənc isə ağır yanıq xəsarətləri alıb.

Bunu "Report"un sorğusuna cavab olaraq Respublika Yanıq Mərkəzindən bildiriblər.

Məlumata görə, martın 19-dan martın 25-dək ən kiçiyi 3 yaşlı olmaqla 7 nəfər uşaq müxtəlif yanıq xəsarətləri ilə Mərkəzə yerləşdirilib: "Onlar Bakının müxtəlif ərazilərində yandırılan bayram tonqallarında yanıq xəsarətləri alıblar. Uşaqlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 17 yaşlı oğlan isə üzünün hər iki nahiyəsindən yanıq xəsarəti alıb. Gənc oğlan stasionar yardım göstərildikdən sonra bu gün evə buraxılıb".

Son xəbərlər

Orphus sistemi