Novruz tətili günlərində yol qəzalarında 14 nəfər ölüb, 95 nəfər xəsarət alıb

Novruz tətili günlərində yol qəzalarında 14 nəfər ölüb, 95 nəfər xəsarət alıb 61 yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
102
27 Mart , 2018 10:17
Novruz tətili günlərində yol qəzalarında 14 nəfər ölüb, 95 nəfər xəsarət alıb
Report

Bakı. 27 mart. REPORT.AZ/ Novruz tətili günlərində (20-26 mart) Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı 14 nəfər ölüb.

Bunu "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, martın 20-dən 27-dək respublikanın avtomobil yollarında 61 yol-nəqliyyat hadisəsi baş verib: "Baş verən yol qəzaları nəticəsində 14 nəfər ölüb, 95 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb." 

Orphus sistemi