Novosibirskdə 9 azərbaycanlıya hökm oxunub

Novosibirskdə 9 azərbaycanlıya hökm oxunub Onların qurbanları sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmvətənləri olub
Hadisə
30 Dekabr , 2014 16:29
Novosibirskdə 9 azərbaycanlıya hökm oxunub

Bakı. 30 dekabr. REPORT.AZ/ Novosibirskdə 9 Azərbaycan vətəndaşından ibarət cinayətkar qrupa hökm oxunub.

"Report" Rusiya Federasiyası Novosibirsk vilayəti üzrə İstintaq İdarəsinin saytına istinadən xəbər verir ki, qrup insan həyatına sui-qəsd, insan oğurluğu və şantajla məşğul olub. 

Müəyyən olunub ki, 2010-cu ildə 3 azərbaycanlı öz həmvətənlərini toplayaraq mütəşəkkil cinayətkar qrup yaradıb. Onların qurbanları sahibkarlıq fəaliyyəti ilə məşğul olan və yaxşı maddi gəlir əldə edən həmvətənləri olub.

Məhkəmənin hökmü ilə onların hər birinə 7 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilib. Cinayətkar qrupdakı rolundan asılı olaraq, onlar RF Cinayət Məcəlləsinin insan həyatına sui-qəsd, insan oğurluğu, şantaj, sağlamlığa orta ağırlıqda zərər yetirmə və odlu silah və sursatın qanunsuz alınması, saxlanılması, daşınması və gəzdirilməsi maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli biliniblər.

Son xəbərlər

Orphus sistemi