Nizami rayonunda oğurluqla məşğul olan qadın həbs olunub

Nizami rayonunda oğurluqla məşğul olan qadın həbs olunub O, həmcinsinin əl çantasını oğurlamaqda şübhəli bilinir
Hadisə
109
20 Noyabr , 2014 11:55
Nizami rayonunda oğurluqla məşğul olan qadın həbs olunub
Bakı. 20 noyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda oğurluqla məşğul olan qadın həbs olunub. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib. Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 19-da saat 13:00 radələrində, Naxçıvanski küçəsində yerləşən bazarda naməlum şəxs  Göyçay rayon sakini Səbirə Dəmirovanın əl çantasından 41 manat olan pul kisəsini götürərək qaçıb. Keçirilən əməliyyat zamanı cinayətdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunan, 1964-cü il təvəllüdlü Sevda Qənbərova tutulub.

Araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi