Nizami rayonunda avtomobil piyadanı vuraraq öldürdü

Nizami rayonunda avtomobil piyadanı vuraraq öldürdü Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 Sentyabr , 2020 00:44
Nizami rayonunda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Neftçilər metrosunun yaxınlığında 99-UE-332 dövlət nömrə nişanlı "Volkswagen Jetta" markalı avtomobil təqribi 30-35 yaşlı kişini vurub. Piyada hadisə yerindəcə keçinib. Qəza yerinə PPX, DYP əməkdaşları və təcili tibbi yardım briqadası və təxliyə maşını gəlib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi