Nizami rayonunda 3 nəfər dəm qazından zəhərlənib

Nizami rayonunda 3 nəfər dəm qazından zəhərlənib Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Hadisə
21 Yanvar , 2022 05:00
Nizami rayonunda 3 nəfər dəm qazından zəhərlənib

Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Naxçıvanski küçəsində 1997-ci il təvəllüdlü İsayeva Elmida Fuad qızı, Keşlə qəsəbəsində 1995-ci il təvəllüdlü Quluzadə Zülfiyyə Yadigar qızı və Babək prospektində 1986-cı il təvəllüdlü Həsənova Samirə Fəzail qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi