“Nizami” məqbərəsinin ərazisindən oğurluq etmək istəyənlər yaxalanıblar

“Nizami” məqbərəsinin ərazisindən oğurluq etmək istəyənlər yaxalanıblar Bakı. 15 yanvar. REPORT.AZ/ Gəncədə polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.
Hadisə
15 Yanvar , 2019 11:55
“Nizami” məqbərəsinin ərazisindən oğurluq etmək istəyənlər yaxalanıblar
0 : 00
0 : 00

Bakı. 15 yanvar. REPORT.AZ/ Gəncədə polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yanvarın 13-də saat 21 radələrində Gəncə şəhəri ərazisindəki “Nizami” məqbərəsinin ərazisindən artezian quyusunun metal borusunun hissəsini oğurlamağa cəhd göstərən 2 nəfər Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Kəpəz Rayon Polis İdarəsinə təhvil verilən həmin şəxslərin Gədəbəy rayon sakinləri Elyaz AbbasovElməddin Abbasov olduqları müəyyən edilib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi