Nizami Kino Mərkəzi 20 Yanvar faciəsi ilə əlaqədar repertuarda dəyişikliklər edib

Nizami Kino Mərkəzi 20 Yanvar faciəsi ilə əlaqədar repertuarda dəyişikliklər edib 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər edilib.
Hadisə
19 Yanvar , 2022 17:27
Nizami Kino Mərkəzi 20 Yanvar faciəsi ilə əlaqədar repertuarda dəyişikliklər edib

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər edilib.

Mərkəzdən "Report"a verilən məlumata görə, yanvarın 20–də mərkəzin repertuarında olan komediya janrında filmlərin nümayişi dayandırılacaq.

Repertuara, Salnamə Studiyasının çəkdiyi, 1990-cı il Yanvar hadisələrini əks etdirən, rejissor Nizamı Abbasın “Silahdaşlar ” filmi daxil ediləcək.

Film, yanvarın 20-də saat 12:00 və 15:00-da nümayiş olunacaq.

Seanslara giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi