Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı şamil olunan “Nida” Vətəndaş Hərəkatının üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli azadlığa çıxıb. “Report” xəbər verir ki, Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında keçirilən tədbirdə onların valideynləri də iştirak edib.
Qeyd edək ki, əfv sərəncamı ümumilikdə 87 nəfərə şamil edilib.