NİDA üzvünün məhkəməsi başlayıb

NİDA üzvünün məhkəməsi başlayıb Vəsatətlər təmin edilməyib
Hadisə
14 Dekabr , 2016 15:12
NİDA üzvünün məhkəməsi başlayıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz narkotik maddələrinin dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanlının cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra E.Qəhrəmanlının vəkilləri Nemət Kərimli ilə Fariz Namazlı vəsatətlə çıxış ediblər. Onlar E.Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini, müvəkkilinin dəmir qəfəsdən çıxarılmasını istəyiblər.

Vəsatətlər təmin edilməyib.

Məhkəmənin baxış iclası dekabrın 21-nə təyin olunub.

Qeyd edək ki, E.Qəhrəmalıya Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi