NİDA-çı Bayram Məmmədovun apellyasiya şikayəti üzrə məhkəməsinin vaxtı məlum olub

NİDA-çı Bayram Məmmədovun apellyasiya şikayəti üzrə məhkəməsinin vaxtı məlum olub İşə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq
Hadisə
14 Yanvar , 2017 11:13
NİDA-çı Bayram Məmmədovun apellyasiya şikayəti üzrə məhkəməsinin vaxtı məlum olub

Bakı. 14 yanvar. REPORT.AZ/ Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas yanvarın 18-nə təyin edilib.

İşə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə 2 kq-dan artıq heroin götürülüb.

Məhkəmə prosesində B.Məmmədov ona sürülən ittihamlarla razılaşmadığını və günahsız olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan B.Məmmədov apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi