Məhkəmə ​“Nestle Azərbaycan” MMC-nin xeyirinə çıxarılan qətnaməni ləğv edib

Məhkəmə ​“Nestle Azərbaycan” MMC-nin xeyirinə çıxarılan qətnaməni ləğv edib “Atropatena” QSC-nin iddiası təmin olunub
Hadisə
6 Aprel , 2016 09:12
Məhkəmə ​“Nestle Azərbaycan” MMC-nin xeyirinə çıxarılan qətnaməni ləğv edib

Bakı. 6 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Atropatena” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Nestle Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, “Atropatena” QSC-nin iddiası təmin olunub.

Qeyd edək ki, “Atropatena” QSC “Nestle Azərbaycan” MMC-ni məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən QSC müqavilə üzrə öhdəliklərin icrası barədə tələb irəli sürüb. Məhkəmə iddianı rədd edib. Qərardan narazı qalan “Atropatena” QSC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi