Yuxarı
    Bağlamaq

    Nəsimi rayonunda sakinlər binaların arasında tikintinin başlanmasına görə etiraz aksiyası keçirirlər - FOTO

    Nəsimi Rayon İcra Hakimiyyəti “Nicat” MMC-ni təkzib edib

    Nəsimi Rayon İcra Hakimiyyəti “Nicat” MMC-ni təkzib edib

    Bakı. 5 may. REPORT.AZ/ Bakının Nəsimi rayonunda sakinlər binaların arasında tikintinin başlanmasına görə etiraz aksiyası keçirirlər.

    “Report”un hadisə yerində olan müxbirinin veridiyi məlumata görə, 5-ci mikrorayon ərazisində yerləşən Asif Məhərrəmov küçəsi 46, 48, 50 və 52-ci saylı binaların sakinləri sıx ərazidə tikiləcək obyektin onların həyatını çətinləşdirəcəyini bildirirlər.

    Sakinlər obyektin tikintisindən sonra 4 binaya gediş gəlişin çətinləşəcəyini, təcili tibbi yardım və yanğınsöndürən maşınların daxil olması üçün yolun bağlanacağını deyiblər.

    İş icraçıları sakinlərə “Nicat” MMC tərəfindən tikiləcək obyektin şahmat məktəbi olacağını bildiriblər. 

    Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilən sorğunun cavabında isə bildirilib ki, həmin ərazidə şahmat klubunun tikintisi nəzərdə tutulmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi