Bakı. 30 dekabr. REPORT.AZ/ Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.
"Report" Fövqəladə HallarNazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.
Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açmışlar.
Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir.