Yuxarı
    Bağlamaq

    ​Nəsimi rayonunda bir azyaşlı xilas edilib

    Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub

    Bakı. 6 mart. REPORT.AZ/ Bakının Nəsimi rayonunda bir nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə xilasedicilər cəlb edilib.

    Onlar mənzilin giriş qapısını açaraq azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi