Yuxarı

Nəsimi rayonunda azyaşlı xilas edilib

FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub

Bakı. 26 mart. REPORT.AZ/ Bakı şəhərinin Nəsimi rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını açaraq azyaşlını aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:54-də başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi