Nəsimi rayonunda avtomobil 57 yaşlı qadını vuraraq ağır xəsarət yetirib

Hadisə
  • 05 iyun, 2024
  • 04:31
Nəsimi rayonunda avtomobil 57 yaşlı qadını vuraraq ağır xəsarət yetirib

Bakının Nəsimi rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yolu keçən 1967-ci il təvəllüdlü Hüseynova Rəna Vaqif qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.