Yuxarı

Nəsimi rayonunda 1 nəfər köməksiz vəziyyətdə qalıb

Yatmış vəziyyətdə aşkarlanan vətəndaş aidiyyəti üzrə təhvil verilib

BAKI. 31 yanvar. REPORT.AZ/ Bakının Nəsimi rayonunda mənzildə bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açıb.

Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanan vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 01:21-də başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi