Nəsiman Yaqublu dəfn edilib - YENİLƏNİB - 2

Nəsiman Yaqublu dəfn edilib - YENİLƏNİB - 2 Ötən gün qəzaya düşərək vəfat edən tarixçi-professor Nəsiman Yaqublu ilə vida mərasimi keçirilir.
Hadisə
26 Avqust , 2024 13:11
Nəsiman Yaqublu dəfn edilib - YENİLƏNİB - 2

Tarixçi-professor Nəsiman Yaqublu dəfn edilib.

“Report” xəbər verir ki, mərhum Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqların birində torpağa tapşırılıb.

12:32

Ötən gün qəzaya düşərək vəfat edən tarixçi-professor, deputatlığa namizəd Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərhum Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqlardan birində dəfn olunacaq.

12:17

Ötən gün qəzaya düşərək vəfat edən tarixçi-professor, deputatlığa namizəd Nəsiman Yaqublu ilə vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, mərhumun evində baş tutan mərasimdə yaxınları, ictimaiyyət nümayəndələri, həmkarları iştirak edir.

Vida mərasimi başa çatdıqdan sonra mərhumun nəşi Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqlardan birində dəfn olunmaq üçün yola salınacaq.

Xatırladaq ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur. O, Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşüb.

Foto: Ehtiram Cəbiyev

Son xəbərlər

Orphus sistemi