Bakıda narkokuryerlik etməkdə şübhəli bilinən şəxslər həbs edilib

Bakıda narkokuryerlik etməkdə şübhəli bilinən şəxslər həbs edilib Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar davam etdirilir. Son 10 gün ərzində keçirilən tədbirlərlə paytaxt sakinləri Röyal Şahhüseynov, Rahid Məm
Hadisə
30 Sentyabr , 2024 11:15
Bakıda narkokuryerlik etməkdə şübhəli bilinən şəxslər həbs edilib

Bakının Nərimanov rayonunda narkokuryerlik etməkdə şübhəli bilinən beş nəfər həbs olunub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, son 10 gün ərzində keçirilən tədbirlərlə paytaxt sakinləri Röyal Şahhüseynov, Rahid Məmmədov, Kənan Niftalıyev, Mirəli Sadıqov və Samir Əliyev saxlanılıblar.

Onlardan ümumilikdə 13 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə heroin, tiryək, marixuana, metamfetamin, həmçinin 660 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon və preqabalin həbi aşkarlanıb. Saxlanılanların paytaxt ərazisində narkokuryerliklə məşğul olan şəbəkənin əsas üzvlərindən olduqları müəyyən edilib.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi