Nərimanovda müəssisədən içərisində 150 min manat olan seyfi oğurlayan şəxs tutulub

Nərimanovda müəssisədən içərisində 150 min manat olan seyfi oğurlayan şəxs tutulub Fakt üzrə araşdırmalar davam etdirilir
Hadisə
19 Oktyabr , 2017 12:42
Nərimanovda müəssisədən içərisində 150 min manat olan seyfi oğurlayan şəxs tutulub

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakıda müəssisədən oğurluq edən şəxs tutulub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rafiq Məmmədovun ətrafında Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun 2008-ci il oktyabrın 9-da rayon ərazisindəki müəssisələrin birindən 150.000 manat, 10.000 ABŞ dollar və sənəd olan seyfi oğurlaması da müəyyən edilib. 

Fakt üzrə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi