Nərimanovda bir neçə gün əvvəl baş verən qətl hadisəsini törədən şəxs saxlanılıb

Nərimanovda bir neçə gün əvvəl baş verən qətl hadisəsini törədən şəxs saxlanılıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
28 Noyabr , 2014 11:19
Nərimanovda bir neçə gün əvvəl baş verən qətl hadisəsini törədən şəxs saxlanılıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda bir neçə gün əvvəl baş verən qətl hadisəsini törədən şəxs saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi 17-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 20-də gecə saatlarında Z.Bünyadov prospektində Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Ramil Əliyevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Elməddin Abbasov tutulub.

Faktla bağlı E.Abbasov barəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi