Nərimanov rayonunda minik avtomobili yük maşınına çırpılıb

Nərimanov rayonunda minik avtomobili yük maşınına çırpılıb Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
15 Sentyabr , 2019 04:16
Nərimanov rayonunda minik avtomobili yük maşınına çırpılıb

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən Bağırov körpüsünün yanında qeydə alınıb.

Belə ki, prospektdə hərəkətdə olan “Mercedes” markalı avtomobil arxadan “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da “Mercedes” markalı avtomobil zərbədən yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi