Bakı. 1 Mart. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Report"un FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən kişi cəsədi aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.