Bakı. 12 dekabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda mənzildə yanğın baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, rayon ərazisində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 5 kv.m sahədə şkaf, paltaryuyan maşın və mətbəx əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Nərimanov rayonunda mənzildə yanğın baş verib
Hadisə
12 dekabr 2014
12:10


Son xəbərlər
