Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib

Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib Polisə ifadəsində zərərçəkən özü-özünü bıçaqladığını bildirib
Hadisə
10 Noyabr , 2014 11:19
Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə "Report"a Nərimanov Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. 1990-cı il təvəllüdlü Cəfərov Fərzi Əhliman oğlu kirayə yaşadığı Əliyar Əliyev küçəsi-15 ünvanında naməlum şəraitdə bıçaqlanıb. Yaralı qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 1 Saylı Şəhər Klinik Xəstaxanasına çatdırılıb. Polisə ifadəsi zamanı F.Cəfərov özü-özünü bıçaqladığını bildirib. Onun bıçaq xəsarətlərini hansı şəraitdə alması isə istintaq araşdırmalarından sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi