Nərimanov parkında saxta dollar satan şəxs tutulub

Nərimanov parkında saxta dollar satan şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Yanvar , 2015 13:29
Nərimanov parkında saxta dollar satan şəxs tutulub

Bakı. 15 yanvar. REPORT.AZ/ Bakıda saxta dollar satan şəxs saxlanılıb.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhər sakini Mehman Qafarov 200 ədəd 100 dollarlıq saxta əsginazı Nərimanov rayonu ərazisindəki parkda satarkən tutulub.

Üzərinə baxış zamanı ondan əlavə 18 ədəd 100 manatlıq saxta əsginaz da aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi