Nəriman Nərimanovun Tbilisidəki xatirə muzeyinə yeni sənədlər təqdim olunub

Nəriman Nərimanovun Tbilisidəki xatirə muzeyinə yeni sənədlər təqdim olunub Tbilisi. 15 sentyabr. REPORT.AZ/ Görkəmli ictimai-siyasi xadim, böyük ədib Nəriman Nərimanovun Gürcüstan paytaxtı Tbilisi şəhərində fəaliyyət göstərən xatirə muzeyinə yeni sənəd və fotoşəkillər daxil olub.
Hadisə
15 Sentyabr , 2018 15:19
Nəriman Nərimanovun Tbilisidəki xatirə muzeyinə yeni sənədlər təqdim olunub

Tbilisi. 15 sentyabr. REPORT.AZ/ Görkəmli ictimai-siyasi xadim, böyük ədib Nəriman Nərimanovun Gürcüstan paytaxtı Tbilisi şəhərində fəaliyyət göstərən xatirə muzeyinə yeni sənəd və fotoşəkillər daxil olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yeni materiallar N.Nərimanovun Bakıdakı ev muzeyinin rəhbərliyi tərəfindən təqdim edilib.

Ev muzeyinin direktoru Kamilə Hüseynova bildirib ki, N.Nərimanovun Tbilisidəki xatirə muzeyinə verilən sənədlər çox dəyərlidir: “Muzeyə 19 sənəd və 35 fotoşəkil təqdim etmişik. Sənədlər 1920-1925-ci illəri əhatə edir. Fotoşəkillər isə 1980-ci illərdə Gürcüstanda qeyd olunan “Nərimanoba” bayramını əks etdirir”.

K.Hüseynova Gürcüstanda N.Nərimanovun olduğu kimi tanıdılmasını arzuladığını qeyd edib. “Tbilisidəki xatirə muzeyi Nəriman Nərimanovun düzgün təbliğ olunması üçün bir vasitə olmalıdır. Muzey bir ildən çoxdur ki, fəaliyyət göstərir və muzeydə görkəmli ictimai-siyasi xadimin, böyük ədibin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən materiallar saxlanılır. Təqdim etdiyimiz sənədlər muzeyin fondunu zənginləşdirib. Gələcəkdə də Tbilisidəki muzeyə yeni sənədlər təqdim etməyi nəzərdə tuturuq”.

Muzey direktoru həmçinin Tbilisidəki N.Nərimanovun xatirə muzeyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndələyinin rəhbəri Mahir Məmmədov və Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Əliyeva Leylaya minnətdarlığını bildirib. 

Son xəbərlər

Orphus sistemi