Neftçalada yol qəzası olub, 3 nəfər ölüb, 3-ü yaralanıb - YENİLƏNİB-2 - FOTO

Neftçalada yol qəzası olub, 3 nəfər ölüb, 3-ü yaralanıb - YENİLƏNİB-2 - FOTO Neftçala rayonunda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
Hadisə
7 Sentyabr , 2019 17:43
Neftçalada yol qəzası olub, 3 nəfər ölüb, 3-ü yaralanıb - YENİLƏNİB-2 - FOTO

Neftçala rayonunda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

“Report” xəbər verir ki, “Mercedes”in sürücüsü, rayonun Xolqaraqaşlı kənd sakini, 1983-cü il təvəllüdlü Həşimov Habil Əbülfəz oğlu, rayon sakinləri - 1991-ci il təvəllüdlü Ələkbərova Günay Əbülfəz qızı və onun qardaşı Ələkbərov Elçin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 


*** 15:26

Neftçala rayonunda ağır yol qəzasında ölənlərin kimliyi məlum olub. 

“Report” xəbər verir ki, “Mercedes” markalı avtomobildə olan Neftçala şəhər sakinləri - 2017-ci il təvəllüdlü Ələkbərova Humay Elçin qızı, “Lexus”un sürücüsü Xankişiyev Xanlar Ayaz oğlu hadisə yerində ölüblər. 

Bakı şəhər sakini, 1962-ciil təvəllüdlü Səmədova Mərviyyə Qurban qızı isə xəstəxanada dünyasını dəyişib.


*** 15:26

Neftçala rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün günorta saatlarında Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qeydə alınıb. 

Belə ki, “Mercedes” və “Lexus” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölənlərin və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi