Neftçalada yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Neftçalada yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB Neftçala rayonunun Tatarməhəllə kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
7 İyul , 2019 16:00
Neftçalada yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Neftçala rayonunun Tatarməhəllə kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, qəza nəticəsində Salyan şəhər sakini - 1966-cı il təvəllüdlü Hüseynova Əminə Davur qızı hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, Salyan rayon sakinləri - 1964-cü il təvəllüdlü Hüseynov Eldəniz Fərman oğlu və 1976-cı il təvəllüdlü Məmmədov Samir Şəmsəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


*** 14:49

Neftçala rayonunda nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Tatarməhəllə kəndi ərazisində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxıb və yolun kənarına aşıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təci yardım" avtomobilləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi