Neftçala. 2 iyul. REPORT.AZ/ Neftçala rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat nadisəsi baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə ötün gün axşam saatlarında Şirvanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Neftçala şəhər sakini, 1952-ci il təvəllüdlü Elxan Dadaşov idarə etdiyi "Pajero" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb.
Qəza zamanı sürücü xəsarət almasa da, avtomobildəki sərnişin, rayon sakini, 1972-ci il təvəllüdlü Əsgərov Rəşid İsmayıl oğlu xəsarət alıb. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***07:01
Neftçala. 2 iyul. REPORT.AZ/ Neftçla rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Şirvanlı kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində ölən və yaralananın olduğu bildilir.
Faktla bağlı araşdırmalara başlanılıb.