Neftçalada üç uşaq anası itkin düşüb - FOTO

Neftçalada üç uşaq anası itkin düşüb - FOTO Neftçala. 18 yanvar. REPORT.AZ/ Neftçala rayonunda üç uşaq anası itkin düşüb.
Hadisə
18 Yanvar , 2019 20:20

Neftçala. 18 yanvar. REPORT.AZ/ Neftçala rayonunda üç uşaq anası itkin düşüb. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndində qeydə alınıb. 

Belə ki, 1994-cü il təvəllüdlü Nuranə Elxan qızı Səmədova yanvarın 10-da gecə saat 05:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Artıq bu barədə doğmaları tərəfindən polisə məlumat verilib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi